Menyu

Azərbaycan Antiqva və Barbuda ilə vizadan azadolma sazişi imzalayıb

Operativ Media
Azərbaycan Antiqva və Barbuda ilə vizadan azadolma sazişi imzalayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Antiqva və Barbuda xarici işlər naziri Everli Pol Çet Qrinlə görüşüb.

Operativ Media xəbər verir ki, tərəflər Azərbaycan–Antiqva və Barbuda münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin təşviqinin və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüş çərçivəsində iki ölkə arasında diplomatik və xidməti, eləcə də adi pasport sahibləri üçün vizadan qarşılıqlı azadolmaya dair iki saziş imzalanıb.

Sazişlərin ikitərəfli əlaqələrin, turizmin və xalqlar arasında təmasların inkişafına töhfə verəcəyi bildirilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər