Ceyhun Bayramov BMT-də 77-lər Qrupu və Çin Qrupunun 50-ci Nazirlər iclasında çıxış edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində "Qlobal Cənub və çoxtərəfliliyin gələcəyi" mövzusunda keçirilən 7 77-lər Qrupu və Çin Qrupunun 50-ci Nazirlər iclasında çıxış edib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir inklüziv çoxtərəfliliyin milli suverenliyin qorunması və inkişaf etməkdə olan ölkələrdə iqtisadi tərəqqinin təmin edilməsi üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Ceyhun Bayramov 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinə nail olmaq məqsədilə qlobal idarəetmə strukturlarının islahatına və Şimal-Cənub dialoqunun təşviqinə Azərbaycanın institusional öhdəliyini diqqətə çatdırıb.
Nazir Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Qoşulmama Hərəkatı ilə 77-lər Qrupu arasında Birgə Koordinasiya Komitəsinin fəaliyyətinin tarixi olaraq bərpa edilməsini birgə fəaliyyətin gücləndirilməsi baxımından mühüm nailiyyət kimi qeyd edib.
Ceyhun Bayramov hədəfli humanitar yardım və potensialın gücləndirilməsi proqramları vasitəsilə Kiçik Ada Dövlətlərinə və Ən Az İnkişaf Etmiş Ölkələrə Azərbaycanın dəyişməz həmrəyliyini bir daha təsdiqləyib.
Foreign Minister @Bayramov_Jeyhun addressed the 50th Ministerial Meeting of the Group of 77 and China on "The Global South and the Future of Multilateralism" on the sidelines of #UNGA81.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 25, 2026
The Minister emphasized that inclusive multilateralism is a vital necessity for safeguarding… pic.twitter.com/sOXHvD8aRZ
dəqiqələr içində saytın olsun.