Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Zimbabvenin xarici işlər və beynəlxalq ticarət naziri Amon Murvira ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər ikitərəfli gündəliyi, siyasi dialoqun genişləndirilməsi perspektivlərini və çoxtərəfli platformalarda qarşılıqlı dəstəyi müzakirə ediblər.
Ceyhun Bayramov Zimbabvenin 2027–2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə ölkəni təbrik edib və Azərbaycanın Zimbabvenin fəaliyyəti dövründə sıx əməkdaşlığa hazır olduğunu bildirib.
Görüşün konkret nəticəsi olaraq nazirlər "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Zimbabve Respublikasının Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu"nu imzalayıblar.
On the sidelines of #UNGA81, Foreign Minister @Bayramov_Jeyhun met with the Minister of Foreign Affairs and International Trade of the Republic of Zimbabwe Amon Murwira.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 25, 2026
The Ministers reviewed bilateral agenda, prospects for expanding political dialogue and mutual support across… pic.twitter.com/j0SEZhDYmJ
dəqiqələr içində saytın olsun.