İlin ilk 8 ayında dövlət qoruqlarını nə qədər turist ziyarət edib?
Palçıq Vulkanları Turizm Kompleksi son illərdə turistlər tərəfindən ən çox ziyarət edilən obyektlərdən biridir.
Operativ Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Palçıq Vulkanları Turizm Kompleksinə təşkil edilən mediatur zamanı Qoruqları İdarəetmə Mərkəzinin sədri Murad Ağabəyli bildirib.
Onun sözlərinə görə, il ərzində minlərlə turist palçıq vulkanlarını ziyarət edir və burada yaradılan şəraitlə tanış olur. M.Ağabəyli qeyd edib ki, kompleks ərazisində turizm informasiya mərkəzi, master-klasslar, dulusçuluq emalatxanaları və müxtəlif mineral süxurların sərgiləndiyi təbiət tarixi sərgi zalı fəaliyyət göstərir. Ziyarətçilər palçıqlı vulkanlara toxunmadan və onlara heç bir zərər vermədən təbiət abidəsi ilə yaxından tanış olmaq imkanı əldə edirlər.
Mərkəz sədrinin sözlərinə görə, cari ilin ilk 8 ayı ərzində Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqları bilet alaraq ziyarət edənlərin sayı 432 min nəfər olub. Bilet almadan, ödənişsiz şəkildə ziyarət edənlərin sayı isə 100 min nəfər təşkil edib. Eyni zamanda, biletli ziyarətçilərin 71%-ni xarici turistlər təşkil edir.
dəqiqələr içində saytın olsun.