“Arsenal” və “Tottenhem” “Bayer”in futbolçusunu istəyir
“Arsenal” və “Tottenhem” “Bayer”in 20 yaşlı yarımmüdafiəçisi İbrahim Mazaya maraq göstərir.
Operativ Media “Teamtalk”a istinadən xəbər verirki, hər iki klubun nümayəndələri cari mövsümdə əlcəzairli futbolçunun çıxışlarını izləyərək onun inkişafını və mümkün transfer şərtlərini dəyərləndiriblər.
Maza 2026/27 mövsümündə Bundesliqada keçirdiyi 4 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, həmçinin Afrika Millətlər Kubokunun seçmə mərhələsində Əlcəzair millisinin Zambiya üzərində 3:1 hesablı qələbəsində 1 qol və 1 assistlə yadda qalıb.
“Arsenal” və “Tottenhem”lə yanaşı, “Çelsi”, “Mançester Siti” və “Aston Villa” da yarımmüdafiəçinin çıxışını diqqətdə saxlayır.
Maza 2025-ci ilin iyulundan “Bayer”in formasını geyinir. Onun klubla müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir.
“Transfermarkt” futbolçunun transfer dəyərini 45 milyon avro qiymətləndirir.
dəqiqələr içində saytın olsun.