Menyu

16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Operativ Media
16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Paytaxtın Süleyman Sani Axundov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.

Operativ Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Məhdudiyyət səbəbindən sentyabrın 29-dan 2, 3, 33, 41, 45, 71, 88, 93, 100, 108A, 108B, 123, 147, 179, 202 və 203 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.

41, 45, 71, 100, 108A, 108B, 123, 147, 179 və 203 nömrəli marşrutların hərəkəti İbrahimpaşa Dadaşov və Cəfər Xəndan küçələri, Azadlıq prospekti və Binəqədi şosesi ilə təşkil ediləcək.

Başlanğıcını metronun “Dərnəgül” stansiyasından götürən 2 nömrəli marşrutun “Avtovağzal” m/st istiqamətində hərəkəti Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələri, Ziya Bünyadov prospekti ilə təşkil ediləcək. Əks istiqamətdə isə avtobuslar Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri ilə “Dərnəgül” m/st-na doğru fəaliyyət göstərəcək.

3 nömrəli marşrutun “Dərnəgül” m/st istiqamətində hərəkəti Cəfər Xəndan, Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri ilə təşkil ediləcək. Əks istiqamətdə isə avtobuslar Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələri, Ziya Bünyadov və Atatürk prospektləri ilə hərəkət edəcək.

33 nömrəli marşrut Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri, 88 nömrəli marşrut Cəfər Xəndan və Əhməd Rəcəbli küçələri, 93 nömrəli marşrut isə Şövkət Məmmədova, Cəfər Xəndan və Əhməd Rəcəbli küçələri ilə hərəkət edəcək. Hər 3 marşrut “Dərnəgül” m/st-na fəaliyyət göstərəcək.

202 nömrəli marşrutun Biləcəri qəsəbəsi istiqamətində hərəkəti Cəfər Xəndan küçəsi və Azadlıq prospekti ilə təşkil ediləcək.

Qeyd edilib ki, 7-ci mikrorayon ərazisində yaşayan sakinlərin “Dərnəgül” m/st istiqamətində gedişlərinin təmin edilməsi məqsədilə 3 nömrəli müntəzəm marşrutdan avtobuslar ayrılacaq. Həmin avtobuslar Abay Kunanbayev küçəsi (7-ci mikrorayon) - “Dərnəgül” m/st marşrutu üzrə sərnişinlərə ödənişsiz xidmət göstərəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər