Bakıda ilk dəfə CAMCA Regional Forumu keçiriləcək
Oktyabrın 1-2-də Bakıda ilk dəfə Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstanda (CAMCA) dialoqun, əməkdaşlığın və dayanıqlı iqtisadi inkişafın təşviqinə həsr olunmuş illik CAMCA Regional Forumu keçiriləcək.
Operativ Media xəbər verir ki, sayca 12-ci dəfə baş tutacaq forum hökumət, biznes, akademik dairələr, vətəndaş cəmiyyəti və digər sahələri təmsil edən müxtəlif maraqlı tərəfləri bir araya gətirəcək.
Yüksəksəviyyəli dialoq və qarşılıqlı əlaqə üçün mühüm platforma kimi formalaşan CAMCA Regional Forumu 2014-cü ildə təsis olunduğu vaxtdan etibarən regional əlaqələrin möhkəmləndirilməsinə, qabaqcıl təcrübələrin bölüşdürülməsinə, habelə ümumi çağırış və imkanların həllinə yönəlmiş strateji tərəfdaşlıqların qurulmasına diqqət yetirir. Forum açıq müzakirələrin təşviqi vasitəsilə innovativ həllərin işlənib hazırlanmasına və regional inteqrasiyanın gücləndirilməsinə töhfə verməyi qarşıya məqsəd qoyur.
Bilik və təcrübə mübadiləsinə xüsusi önəm verən CAMCA Regional Forumu yeni nəsil və təcrübəli liderlərin əlaqələr qurması, əməkdaşlıq etməsi, eləcə də regionun inkişafına və gələcəyinə töhfə verməsi üçün unikal platforma yaradır. Forumun gündəliyinə iqtisadi artım, təhlükəsizlik, idarəetmə, innovasiya və digər mühüm məsələlər daxildir.
CAMCA Regional Forumu həyata keçirdiyi təşəbbüslər və hər il təşkil olunan toplantılar vasitəsilə dünyanın bu mühüm regionunda əməkdaşlığın daha da inkişaf etdirilməsinə və uzunmüddətli rifahın təmin olunmasına sadiqliyini nümayiş etdirir.
Forum indiyədək 11 dəfə təşkil olunub, 40-dan çox ölkədən 2000-dən artıq iştirakçı və 560-dan çox spiker bir araya gətirib.
dəqiqələr içində saytın olsun.