Menyu

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib - VİDEO

Operativ Media
"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib - VİDEO
1 dəq oxu

Ölkəmizdə təşkil olunan “Birliyin Gücü – 2026” birgə hərbi təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.

Bu barədə Operativ Media-ya Müdafiə Nazirliyindən məlumat verilib  

Bildirilib ki, plana uyğun olaraq, şəxsi heyətin zirehli nəqliyyat vasitələri ilə əməliyyat sahəsinə daşınması, yaşayış məntəqəsində döyüş, şərti terrorçuların mövqelərinə basqın və obyektin düşməndən təmizlənərək ələ keçirilməsi, tankəleyhinə vasitələrlə şərti düşmənin zirehli texnikasının məhv edilməsi fəaliyətləri yerinə yetirilib.

Basqın zamanı hərbi qulluqçular döyüş helikopterlərinin, zirehli texnikanın və artilleriya vasitələrinin atəş dəstəyi ilə tapşırıqları yerinə yetirib, eləcə də qarşılıqlı fəaliyyət və koordinasiya üzrə praktiki bacarıqlarını təkmilləşdiriblər.

Tapşırıqların icrası iştirakçı ölkələrin hərbi qulluqçularının yüksək peşəkarlığı sayəsində uğurla yekunlaşıb.

Qeyd edək ki, təlimdə əsas məqsəd hərbi qulluqçuların praktiki vərdişlərinin artırılması, silah və texnikanın şəxsi heyətlə uzlaşmış fəaliyyətinə nail olunması, həmçinin verilən tapşırıqları çevik və koordinasiyalı şəkildə icra etmək imkanlarının genişləndirilməsidir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər