Menyu

Türkiyənin müdafiə naziri “Birliyin Gücü-2026” təlimində iştirak edir

Operativ Media
Türkiyənin müdafiə naziri “Birliyin Gücü-2026” təlimində iştirak edir
1 dəq oxu

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycanın ev sahibliyi etdiyi “Birliyin Gücü-2026” birgə hərbi təliminin Seçkin Müşahidəçi Günü tədbirlərində iştirak edir.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Yaşar Güler Şuşada keçirilən təlimin ərazisinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı, admiral Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı, ordu generalı Metin Tokel və Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Rafet Dalkıranla birlikdə gedib.

Türkiyənin müdafiə naziri təlim sahəsində Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birlikdə nümayiş etdirilən, həmçinin təlimdə istifadə olunan silah, sursat və texnologiyalarla tanış olub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər