Qazaxıstan və TürkPA arasında əməkdaşlığın prioritetləri müzakirə olunub
Qazaxıstan Qurultayının sədri Aybek Dadebay Türk Dövlətlərinin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsəni qəbul edib.
Operativ Media bu barədə Qurultayın mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər Qurultayın Təşkilatla əməkdaşlığının prioritetlərini müzakirə ediblər.
Aybek Dadebay avqust ayında keçirilən Qurultay seçkiləri zamanı gördüyü işlərə görə TürkPA müşahidə missiyasına təşəkkürünü bildirib.
O, həmçinin Qurultayın qardaş türk ölkələrinin parlamentləri ilə sıx əməkdaşlıq ənənəsini davam etdirəcəyinə əminliyini qeyd edib.
Görüşdə Qurultay sədri Qazaxıstanın TürkPA-ya sədrliyinin tezliklə başa çatacağını qeyd edib.
O, oktyabr ayında Bişkekdə keçirilməsi planlaşdırılan Assambleyanın 15-ci plenar iclasının əhəmiyyətini vurğulayaraq, onun nəticələrinin Təşkilat daxilində əməkdaşlığın gücləndirilməsinə əlavə təkan verəcəyinə əminliyini bildirib.
Görüş iştirakçıları həmçinin TürkPA-nın işi və parlamentlər tərəfindən keçiriləcək qarşıdan gələn tədbirlərlə bağlı bir sıra təşkilati məsələləri müzakirə ediblər.
dəqiqələr içində saytın olsun.