Menyu

Rəşad Nəbiyev Əhməd Yusifovu təbrik edib - YENİLƏNİB

Operativ Media
Rəşad Nəbiyev Əhməd Yusifovu təbrik edib - YENİLƏNİB
1 dəq oxu

Əhməd Yusifov (-60 kq) Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanıb.

Operativ Media xəbər verir ki, Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev cüdoçumuzu dünya çempionluğu münasibətilə təbrik edib, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıb.

18:56

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Operativ Media xəbər verir ki, o,  finalında qazaxlstanlı Şerzod Davlatovu məğlub edərək dünya çempionu olub.

***

15:40

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Bakıda keçirilən dünya çempionatında final mərhələsinə yüksəlib.

Operativ Media xəbər verir ki, o, yarımfinal mərhələsində Yung Wei Yangı üstələyib .

Əhməd Yusifov (-60 kq) dünya çempionatının finalında qazaxlstanlı Şerzod Davlatov ilə qarşılaşacaq.

***

15:01

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Bakıda keçirilən dünya çempionatında yarımfinal mərhələsinə yüksəlib.

Operativ Media xəbər verir ki, o, 1/4 final mərhələsində Rusiya cüdoçusu Ayub Bliyevə qalib gəlib.

***

14:24

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Bakıda keçirilən dünya çempionatında 1/4 final mərhələsinə yüksəlib.

Operativ Media xəbər verir ki, o, 1/8 final mərhələsində Hindistan cüdoçusu Harş Sinqhi ipponla üstələyib.

***

13:05

Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatı keçirilir.

Operativ Media xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov 1/8 final mərhələsinə vəsiqə qazanıb. 

O, həlledici görüşdə monqolustanlı Tumenjarqal Tuvşintura qalib gəlib.

Əlaqəli Xəbərlər