Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
Operativ Media
1 dəq oxu
Bakının Sabunçu rayonunda Yeni Ramana küçəsinin bir hissəsində təmir işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Operativ Media-ya verilən məlumata görə, oktyabrın 8-i saat 20:00-dan etibarən Yeni Ramana küçəsinin Asif Əsədullayev küçəsi ilə kəsişməsindən Yeni Suraxanı dairəsinədək olan hissəsi təmir ediləcək.
Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
Sürücülərdən ərazidə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu