Menyu

ADY 9 ayda yükdaşımanı 11 faiz artırıb

Operativ Media
ADY 9 ayda yükdaşımanı 11 faiz artırıb
1 dəq oxu

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-sentyabr aylarında 14 milyon tona yaxın yük daşıyıb.

ADY-dən Operativ Media-ya bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Qeyd olunan dövrdə tranzit yükdaşımaların həcmi 15 faiz artaraq 5,7 milyon tona çatıb. Tranzit daşımalarında Şərq-Qərb dəhlizi üzrə 20 faiz, Şimal-Cənub istiqaməti üzrə isə 26 faiz artım qeydə alınıb.

Sentyabr ayında isə ADY-nin ümumi yükdaşıma həcmi əvvəlki ilin eyni ayı ilə müqayisədə 29 faiz artıb. Bu dövrdə tranzit daşımaların həcmi 37 faiz yüksəlib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər