Menyu

ASK ilə İsveçrə-Azərbaycan Ticarət Palatası arasında Anlaşma Memorandumu imzalanıb

Operativ Media
ASK ilə İsveçrə-Azərbaycan Ticarət Palatası arasında Anlaşma Memorandumu imzalanıb
1 dəq oxu

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və İsveçrə-Azərbaycan Ticarət Palatası arasında Anlaşma Memorandumu imzalanıb.

Operativ Media xəbər verir ki, Memorandumu ASK-nın Baş katibi Ziya Hacılı və İsveçrə-Azərbaycan Ticarət Palatasının prezidenti Klod Haeqi imzalayıblar. Bu mühüm sənəd iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının təşviqi baxımından yeni mərhələnin əsası hesab olunur.

Onlayn formatda keçən görüş zamanı Azərbaycanda günəş və külək enerjisi sahəsindəki sürətli inkişaf xüsusi vurğulanıb, bu istiqamətdə İsveçrə şirkətləri ilə əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Tərəflər innovasiya, yaşıl texnologiyalar, enerji və kənd təsərrüfatı sektorlarında birgə fəaliyyət perspektivlərini, eləcə də hər iki ölkənin biznes nümayəndələrinin qarşılıqlı investisiyalara təşviq edilməsinin əhəmiyyətini ətraflı müzakirə ediblər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər