Dünya çempionatı: Zelim Tçkayev gümüş medal qazanıb - YENİLƏNİB
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında gümüş medal qazanıb.
Operativ Media xəbər verir ki, o, finalda Gürcüstan idmançısı Tato Qriqalaşviliyə məğlub olub.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıb.
***
15:34
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında final mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, o, yarımfinalda qazaxıstanlı Abylaixan Zhubanazara qalib gəlib.
***
14:54
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında yarınfinal mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, o, 1/4 finalda belçikalı Mattias Kasseyə vaza-ari və yuko xalları qalib gəlib.
***
14:06
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında 1/4 final mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, o, 1/8 finalda BƏƏ idmançısı Nuqzari Tatalaşvilidən üstün olub.
***
12:35
Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatı keçirilir.
Operativ Media xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev 1/8 final mərhələsinə yüksəlib.
O, 1/16 finalda Viktor Sterpunu (Moldova) ipponla məğlub edib. O, növbəti raundda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili ilə qarşılaşacaq. Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.