Azərbaycan U23 dünya çempionatında 23 güləşçi ilə təmsil olunacaq
Operativ Media
1 dəq oxu
Oktyabrın 12-dən 18-dək ABŞ-nin Las-Veqas şəhərində güləş üzrə U23 dünya çempionatı keçiriləcək.
Operativ Media xəbər verir ki, mundialda Azərbaycanı 23 güləşçi təmsil edəcək. Gündüz seansının qarşılaşmaları Bakı vaxtı ilə saat 21:30-da, axşam seansının görüşləri isə saat 04:45-də başlayacaq.
Yunan-Roma güləşi üzrə yarışlar oktyabrın 12-14-də keçiriləcək. 55 kq çəki dərəcəsində Fərid Sadıxlı, 60 kq-da Elmir Əliyev, 63 kq-da Ayxan Cavadov, 67 kq-da Məhəmməd Şükürzadə, 72 kq-da Fərid Xəlilov, 77 kq-da Ruslan Nurullayev, 82 kq-da Elmin Əliyev, 87 kq-da Orxan Hacıyev, 97 kq-da İsmayıl Rzayev, 130 kq-da isə Məzaim Mərdanov mübarizə aparacaq.
Komandanın böyük məşqçisi Nurəddin Rəcəbov, məşqçiləri isə Rövşən Bayramov və Sabah Şəriətidir.
Qadın güləşçilər oktyabrın 14-16-da xalça üzərinə çıxacaqlar. 53 kq-da Nərgiz Səmədova, 55 kq-da Gültəkin Şirinova, 59 kq-da isə Günay Qurbanova mübarizə aparacaq. Komandaya baş məşqçi əvəzi Toğrul Əsgərov rəhbərlik edəcək.
Sərbəst güləş üzrə yarışlar oktyabrın 16-18-də keçiriləcək. 57 kq-da Vasif Bağırov, 61 kq-da Ceyhun Allahverdiyev, 65 kq-da Musa Ağayev, 70 kq-da Ramik Heybətov, 74 kq-da Ağanəzər Novruzov, 79 kq-da Elcan İsmayılzadə, 86 kq-da Səbuhi Əmiraslanov, 92 kq-da Anar Cəfərli, 97 kq-da Zəfər Əliyev, 125 kq-da isə Xetaq Karsanov Azərbaycanı təmsil edəcək.
Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər isə Taymuraz Salkazanov və Şərif Şərifov olacaq.
U23 dünya çempionatında I-S dərəcəli hakim Bəşir İsazadə və I dərəcəli referi Əli Babayev də ədaləti qoruyacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu