Menyu

Dövlət satınalmalarının vahid internet portalında süni intellekt əsaslı yeni funksiya tətbiq edilib

Operativ Media
Dövlət satınalmalarının vahid internet portalında süni intellekt əsaslı yeni funksiya tətbiq edilib
1 dəq oxu

Satınalma proseslərinin daha səmərəli təşkili məqsədilə Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) yeni rəqəmsal həll tətbiq olunub.

Operativ Media xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Portalda elan olunan satınalmalar üzrə şərtlər toplusunun süni intellekt texnologiyaları vasitəsilə avtomatik təhlili və yoxlanılması imkanı yaradılıb.

Yeni həll ilkin mərhələdə şərtlər toplusundakı texniki xətaları, hüquqi uyğunsuzluqları və digər çatışmazlıqları müəyyən edərək preventiv tədbirlərin görülməsinə imkan yaradacaq. Bundan əlavə, sistem hər hansı təchizatçıya əsassız üstünlük yarada biləcək subyektiv və ya məhdudlaşdırıcı xarakterli tələblərin operativ şəkildə aşkarlanmasına, bununla da rəqabət mühitinin qorunmasına dəstək göstərəcək. Süni intellekt əsaslı həll həmçinin təchizatçılar tərəfindən irəli sürülə biləcək etiraz və şikayətlərin, eləcə də satınalma prosedurlarının ləğvi ilə bağlı risklərin azaldılmasına xidmət edəcək.

Məlumat üçün bildirək ki, süni intellekt vasitəsilə aparılan yoxlamaların nəticələri və həmin yoxlamalar əsasında formalaşdırılan hesabatlar satınalan təşkilatlar üçün tövsiyə xarakteri daşıyır.

Portalda süni intellekt əsaslı yeni funksiyadan istifadə qaydaları ilə bağlı hazırlanmış təlimat videosunu

keçid etməklə izləyə bilərsiniz.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər