Rusiya XİN rəhbəri Venesuela prezidenti ilə görüşüb
Nərmin Qocamanlı
Latın Amerikası turu çərçivəsində Venesuelaya səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Nikolas Maduro tərəfindən qəbul edilib.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkənin nümayəndə heyətlərinin iştirak etdiyi görüş Maduronun ev sahibliyi etdiyi Miraflores Prezident sarayında baş tutub.
Lavrovla görüşünün görüntülərini öz hesabında paylaşan Maduro, "Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli əlaqələrimizi və ölkələrimizin inkişafı üçün müxtəlif sahələrdə ortaq əməkdaşlıq xəritəsini gücləndirən xoş görüş keçirdik"- deyə qeyd edib.
Qeyd edək ki, Lavrov Venesuelaya səfərinin əvvəlində həmkarı İvan Gil və Venesuelanın vitse-prezidenti Delsi Rodriqeslə görüşüb.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Lavrovun 17-21 aprel tarixlərində Braziliya, Venesuela, Nikaraqua və Kubaya rəsmi səfər edəcəyi açıqlanıb.
Lavrov Latın Amerikası turu çərçivəsində ilk səfərini Braziliyaya edib.
Teqlər:
"Rusiya XİN rəhbəri Venesuela prezidenti ilə görüşüb"