Menyu

Ronaldo millidən kənarlaşdırılıb

Operativ Media
Ronaldo millidən kənarlaşdırılıb
1 dəq oxu

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb.

Operativ Media xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanın düşərgəsini özbaşına tərk etməsi səbəb olub.

41 yaşlı ulduz 1 aydan 6 aya qədər diskvalifikasiya oluna, həmçinin pul cəzasına məruz qala bilər.

Futbolçunun cəzasının müddətini yerli federasiyanın intizam komitəsi müəyyənləşdirəcək.

Əlaqəli Xəbərlər