Dünya çempionatı: Uşanqi Kokairi gümüş medal qazanıb - YENİLƏNİB
Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında gümüş medal qazanıb.
Operativ Media xəbər verir ki, o, finalda Rusiya təmsilçisi İnal Tasoevə məğlub olub.
***
14:59
Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında final mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, o, yarımfinalda Finlandiya təmsilçisi Martti Puumalaynenə qalib gəlib.
O, finalda İnal Tasoev ilə qarşılaşacaq.
***
14:40
Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında yarımfinal mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, o, 1/4 finalda komanda yoldaşı Kənan Nəsibovu məğlub edib.
***
14:05
Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında 1/4 final mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, o, 1/8 finalda polşalı Yakub Sordili ipponla məğlub edib.
***
12:52
Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, o, ilk görüşdə Qırğızıstan idmançısı Emirxan Joldoşkazıyevə ipponla qalib gəlib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.