Menyu

Putin İranın mövqeyini Trampa çatdırıb

Operativ Media
Putin İranın mövqeyini Trampa çatdırıb
1 dəq oxu

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla razılaşdıraraq münaqişənin mümkün həlli ilə bağlı İran tərəfinin mövqeyini ABŞ Prezidenti Donald Trampa çatdırıb.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Putin Türkmənistanda keçirilən sammit çərçivəsində Pezeşkianla iki görüş keçirib. Görüşlərdən birində Rusiya prezidenti iranlı həmkarına Trampla gözlənilən telefon danışığı barədə məlumat verib.

Əlaqəli Xəbərlər