Menyu

Azərbaycan Premyer Liqası: Bu gün VII turun daha iki oyunu baş tutacaq

Operativ Media
Azərbaycan Premyer Liqası: Bu gün VII turun daha iki oyunu baş tutacaq
1 dəq oxu

Misli Premyer Liqasının VII turunda bu gün daha iki qarşılaşma baş tutacaq.

Operativ Media-nın məlumatına görə, "Zirə" evdə "Şamaxı" ilə üz-üzə gələcək.

"Zirə" hazırda turnir cədvəlində 10 xalla 5-ci pillədə yer alıb. 9 xala malik "Şamaxı" isə 7-cidir.

Günün son matçında "Qəbələ" səfərdə "Sumqayıt"la qarşılaşacaq. "Qəbələ" 4 xalla turnir cədvəlində 9-cu yerdədir. 11-ci pillədə qərarlaşan Sumqayıt komandasının isə 2 xalı var.

Misli Premyer Liqası

I dövrə, VII tur

10 oktyabr

17:00. "Zirə" – "Şamaxı"

Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, İslam Məmmədov.

VAR: Əkbər Əhmədov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Zirə İdman Kompleksinin stadionu

19:30. "Sumqayıt" – "Qəbələ"

Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Mahmud Bağırzadə.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Anar Şixəliyev.

"SOCAR Polymer Arena"

Xatırladaq ki, turun ötən gün baş tutan matçlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Neftçi" - "Sabah" matçı isə qolsuz bərabərliklə başa çatıb.

Əlaqəli Xəbərlər