Dünya çempionatı: Kənan Nəsibov bürünc medal qazanıb - YENİLƏNİB
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bürünc medal qazanıb.
Operativ Media xəbər verir ki, o, həlledico görüşdə komanda yoldaşı Camal Qamzatxanova qalib gəlib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
***
14:43
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Operativ Media xəbər verir ki, o, təsəlliverici görüşdə Rusiya idmançısı Valeri Endovitskini məğlub edib.
***
14:38
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında 1/4 final mərhələsində məğlub olub.
Operativ Media xəbər verir ki, o, 1/4 finalda komanda yoldaşı Uşanqi Kokairiyə uduzub.
Kənan Nəsibov təsəlliverici görüşə çıxacaq.
***
14:28
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Operativ Media xəbər verir ki, o, 1/8 finalda ukraynalı Yakiv Xammonu yuko xalı ilə məğlub edib. Kənan Nəsibov növbəti görüşdə komanda yoldaşı Uşanqi Kokauri ilə qarşılaşacaq.
***
13:24
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Operativ Media xəbər verir ki, o, ilk görüşündə Losseni Kone (Almaniya) üzərində qələbə qazanıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.