Menyu

Nazir Məcnun Məmmədov Çində səfərdədi

Operativ Media
Nazir Məcnun Məmmədov Çində səfərdədi
1 dəq oxu

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir.

Operativ Media-ya bu barədə nazirlikdən məlumat verilib.

Səfər çərçivəsində Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu ilə görüş nəzərdə tutulub.

Bundan başqa, nümayəndə heyəti Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasına, Pekin Kənd Təsərrüfatı və Meşəçilik Elmləri Akademiyasına, eləcə də kənd təsərrüfatı sahəsində yüksək texnologiya şirkətlərinə də baş çəkəcək.

Əlaqəli Xəbərlər