Blinkenin köməkçisi Ermənistan XİN rəhbəri ilə görüşüb
Nərmin Qocamanlı
İrəvanda səfərdə olan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
"Operativ Media"nın xəbərinə görə, bu barədə Ermənistan XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Lui Bono da iştirak edib.
Görüş zamanı tərəflər regionda sabitliyin yaradılması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, demarkasiya və sərhədlərin təhlükəsizliyi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması, Qarabağ məsələsini və s. müzakirə edib.
Teqlər:
"Blinkenin köməkçisi Ermənistan XİN rəhbəri ilə görüşüb"