Menyu

Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şəfa Hüseynli
Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumu çərçivəsində Azərbaycan Turizm Bürosu (ATB) ilə “Slovakia Travel” arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair memorandum imzalanıb.

 Operativ Media xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Memoranduma əsasən, tərəflər turizm sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə B2B formatlı tədbirlərin, eləcə də turizm sənayesi və media nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili istiqamətində birgə fəaliyyət göstərəcəklər. Bununla yanaşı, memorandumda hər iki ölkənin turizm potensialının beynəlxalq səviyyədə təşviqi və turizm sənayesi arasında əlaqələrin inkişafı məqsədilə birgə marketinq və tanıtım layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Wizz Air” aviaşirkəti tərəfindən Bakı və Bratislava şəhərləri arasında birbaşa uçuşların həyata keçirilməsi planlaşdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər