Menyu

Slovakiya Prezidentinin İlham Əliyevə hədiyyəsinin detalları məlum olub

Nərmin Qocamanlı
Slovakiya Prezidentinin İlham Əliyevə hədiyyəsinin detalları məlum olub

Xəbər verdiyimiz kimi, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri çərçivəsində Şuşa şəhərində dövlət başçılarının görüşü zamanı hədiyyə mübadiləsi baş tutub.

Operativ Media xəbər verir ki, Slovakiya Prezident Administrasiyasının məlumatına görə, Peter Pelleqrini Prezident İlham Əliyevə xüsusi olaraq bu səfər üçün hazırlanmış unikal xizək cütü hədiyyə edib.

Qeyd olunub ki, bu hədiyyə təsadüfi seçilməyib:

"Çünki Azərbaycan Prezidenti qış idman növlərinin və xizəksürmənin böyük həvəskarıdır. Slovakiya istehsalı olan "Forest Skis" brendinə məxsus bu xüsusi xizək cütü "Almaz" adını daşıyır.

Hədiyyənin "Almaz" adlandırılması həm onun dəyərinə, həm də hazırlandığı materiala işarədir. Məsələ burasındadır ki, həm təbii almaz, həm də bu xizəyin istehsalında istifadə olunan dözümlü karbon lifləri eyni elementdən - karbondan ibarətdir.

Xizəyin üzərindəki dizayn da xüsusi rəmzi məna daşıyır. Dizaynda Slovakiya və Azərbaycanın ənənəvi milli ornamentləri bir-birinə qovuşdurularaq vahid bir harmoniya yaradılıb. Bu motivlər iki dövlət arasındakı dostluğu, qarşılıqlı hörməti və əlaqələrin daha da dərinləşməsini simvolizə edir".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev isə həmkarına qılınc hədiyyə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər