Menyu

"Çelsi" "Real"ın müdafiəçisi üçün 25 milyon avro təklif edib

Operativ Media
"Çelsi" "Real"ın müdafiəçisi üçün 25 milyon avro təklif edib

Londonun "Çelsi" klubu Madrid "Real"ının sol cinah müdafiəçisi Alvaro Karrerası heyətinə qatmaq üçün rəsmi təklif göndərib.

Operativ Media xəbər verir ki, paytaxt təmsilçisi 23 yaşlı ispaniyalı futbolçu üçün qarşı tərəfə 25 milyon avro təklif etsə də, Madrid klubu bu keçidə razılıq verməyib. İspaniya mətbuatının yaydığı məlumata görə, "Real" rəhbərliyi oyunçunun transfer dəyərini minimum 50 milyon avro olaraq qiymətləndirir.

​Bildirilir ki, Karrerasın komandaya gətirilməsini "Çelsi"nin baş məşqçisi Xabi Alonso şəxsən tələb edir. İspaniyalı mütəxəssis rəhbərlikdən gənc müdafiəçinin transferi ilə bağlı danışıqların davam etdirilməsini istəyib.

​Qeyd edək ki, "Transfermarkt" portalı tərəfindən bazar dəyəri 50 milyon avro qiymətləndirilən Karreras 2025/2026 mövsümündə meydana çıxdığı 40 qarşılaşmada 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər