Menyu

Azərbaycanda ilk elektron diplom təqdim edilib

Nicat Hüseynli
Azərbaycanda ilk elektron diplom təqdim edilib

Azərbaycanda ilk elektron diplom təqdim edilib.

Operativ Media xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərə açıqlamasında deyib.

"Bu ilki yeni qərara əsasən, ümumi təhsil haqqında attestatlar, peşə təhsili sertifikatları, həmçinin ali və orta ixtisas təhsili üzrə diplomlar və arayışlar elektron qaydada təqdim edilir. Artıq ilk elektron diplomu vermişik. İlk elektron diplom peşə təhsili alan vətəndaşa təqdim olunub. Yaxın günlərdə elektron diplom və attestatların myGov platforması üzərindən əlçatanlığı təmin ediləcək. Məqsəd cari ildən etibarən bu imkanları bütün vətəndaşlar üçün əlçatan etməkdir. Təhsil müəssisəsi təhsilalan barədə bütün məlumatları sistemdə təsdiqləyib elektron qaydada imzaladıqdan sonra attestat və ya diplom avtomatik formalaşacaq. Bu, həm vaxt itkisini aradan qaldıracaq, həm də sənədlərin operativ şəkildə yoxlanılmasına imkan yaradacaq", - o, qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər