M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
Şəfa Hüseynli
İyulun 16-dan etibarən M8 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək.
Bu barədə Operativ Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, marşrutun Maştağa qəsəbəsi istiqamətində hərəkət sxemi dəyişdirilərək Əhməd Rəcəbli küçəsi – Təbriz küçəsi – Ağa Nemətulla küçəsi – Heydər Əliyev prospektinin kənar yolu – Mirzə Qədim İrəvani küçəsi – Xətai prospekti – Heydər Əliyev prospektinin kənar yolu ilə təşkil olunacaq. Daha sonra isə yoluna mövcud hərəkət sxemi ilə davam edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net