Menyu

Osman Gündüz: Süni intellekt müəllimləri tam əvəz edə bilməz

Nicat Hüseynli
Osman Gündüz: Süni intellekt müəllimləri tam əvəz edə bilməz

"Gələcəkdə süni intellekt bir çox sahələri tam əvəz edə biləcək".

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz jurnalistlərə açıqlamasında deyib. 

"Bu qarşıdakı illərdə qaçılmaz olacaq. Ancaq tədris prosesindən danışırıqsa, süni intellekt daha çox müəyyən incə məqamların və bəzi proseslərin təkmilləşdirilməsinə xidmət edə bilər. Lakin müəllimi tam əvəz etməsi hələ yaxın perspektivin məsələsi deyil. Diqqət yetiriləsi məqam ondan ibarətdir ki, qarşıdakı dövrdə mən əminəm ki, süni intellektdən effektiv istifadə etməyən müəllimlər tədrisdən kənarlaşacaq”, - deyə o, bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər