Menyu

Energetika naziri OPEC-in Baş katibi ilə qlobal neft bazarını müzakirə edib

Operativ Media
Energetika naziri OPEC-in Baş katibi ilə qlobal neft bazarını müzakirə edib
1 dəq oxu

Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Əməkdaşlıq Xartiyası üzrə Texniki Komitənin ilk iclası çərçivəsində OPEC-in Baş katibi Haysam Əl-Qays ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"OPEC+ əməkdaşlığını yeni mərhələyə daşıyacaq mühüm platforma kimi Əməkdaşlıq Xartiyasının perspektivləri və qlobal neft bazarında cari vəziyyət ətrafında fikir mübadiləsi apardıq", - məlumat qeyd olunub.

Qeyd: Görüş Əməkdaşlıq Xartiyası üzrə Texniki Komitənin ilk iclası çərçivəsində baş tutub.

Fotogalereya

Əlaqəli Xəbərlər