Menyu

Azərbaycan deflimpiyaçıları Belarus Açıq Kubokunda komanda hesabında birinci olublar

Operativ Media
Azərbaycan deflimpiyaçıları Belarus Açıq Kubokunda komanda hesabında birinci olublar
1 dəq oxu

Eşitmə məhdudiyyətli idmançılar arasında yunan-Roma güləşi üzrə keçirilən Belarus Açıq Kubokunda Azərbaycan komandası birinci yeri tutub.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsinin Mətbuat Xidməti məlumat verib.

Qomel şəhərində təşkil olunan yarışda 5 ölkənin təmsilçiləri mübarizə aparıblar. Turnirdə 9 idmançı ilə təmsil olunan Azərbaycan komandası ümumilikdə 9 (4 qızıl, 3 gümüş, 2 bürünc) medal qazanıb.

Murad Cəfərov (55 kq), Kənan Allahverdiyev (60 kq), Namiq Əliyev (72 kq) və İlkin Həmzəyev (82 kq) qızıl, Ceyhun İsazadə (60 kq), Tuncay İbrahimzadə (77 kq) və Elimxan Qırxlarzadə (130 kq) gümüş, Qəmbər Türbətzadə (72 kq) və Zöhrab Mehdiyev (77 kq) isə bürünc medala sahib olublar.

195 xal toplayan Azərbaycan seçməsi komanda hesabında 5 ölkə arasında ən yüksək pillədə qərarlaşıb.

Qeyd edək ki, beynəlxalq yarış oktyabrın 8-dən 12-dək keçirilib.

Əlaqəli Xəbərlər