Menyu

Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub

Nicat Hüseynli
Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub
1 dəq oxu

Azərbaycan və Kamboca arasında ticarət, investisiya və müxtəlif iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Operativ Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşım edib.

Forum çərçivəsində sənaye, kənd təsərrüfatı, enerji, turizm, maliyyə və informasiya texnologiyaları sahələrində tərəfdaşlıq imkanları dəyərləndirilib.

“Həmçinin Azərbaycan Ticarət və Sənaye Palatası ilə Kamboca Ticarət Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu mübadilə edilib”, - paylaşımda qeyd olunub.

Əlaqəli Xəbərlər