Menyu

Dambrasukas və Kovaçın mətbaut konfranslarının vaxtı bəlli olub

Operativ Media
Dambrasukas və Kovaçın mətbaut konfranslarının vaxtı bəlli olub
1 dəq oxu

UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Borussiya” (Dortmund) oyunundan əvvəl təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı bəlli olub.

Operativ Media xəbər verir ki, “Sabah”ın oyunöncəsi mətbuat konfransı oktyabrın 19-da saat 20:00-da, ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq məşqi isə saat 20:30-da başlayacaq.

“Borussiya”nın oyunöncəsi mətbuat konfransı həmin gün saat 18:30-da, ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq məşqi isə saat 19:00-da başlayacaq.

Hər iki komandanın mətbuat konfransı və açıq məşqi Bakı Olimpiya Stadionunda keçiriləcək.

“Sabah” – “Borussiya” oyunu oktyabrın 20-də saat 20:45-də Bakı Olimpiya Stadionunda başlayacaq.

Əlaqəli Xəbərlər