Menyu

"Çelsi" "Brayton"un yarımmüdafiəçisi Ayarini transfer etmək istəyir

Operativ Media
"Çelsi" "Brayton"un yarımmüdafiəçisi Ayarini transfer etmək istəyir
1 dəq oxu

“Çelsi” klubu “Brayton”un yarımmüdafiəçisi Yasin Ayarinin transferi ilə maraqlanır.

Operativ Media xəbər verir ki, TEAMtalk nəşrinin məlumatına görə, İsveç millisinin üzvü ilə “Qalatasaray”, “Fənərbağça” və “Milan” da maraqlanır. Bununla belə, London təmsilçisinin əsas transfer hədəfi “Bornmut”un yarımmüdafiəçisi Aleks Skott olaraq qalır.

23 yaşlı futbolçunun “Brayton”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Tərəflər bir neçə aydır yeni uzunmüddətli müqavilə ilə bağlı danışıqlar aparsalar da, hələlik razılığa gələ bilməyiblər.

Yasin Ayari 2023-cü ildə İsveçin AİK klubundan “Brayton”a keçib. O, 2026/2027 mövsümündə bütün turnirlərdə 12 oyunda meydana çıxıb və 2 qol vurub.

“Transfermarkt” portalı yarımmüdafiəçinin bazar dəyərini 45 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər