Menyu

Aleksandr Qutsan Bakıda Fəxri Xiyabanı ziyarət edib

Operativ Media
Aleksandr Qutsan Bakıda Fəxri Xiyabanı ziyarət edib
1 dəq oxu

Rusiyanın baş prokuroru Aleksandr Qutsan Bakıdakı Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Operativ Media xəbər verir ki, Qutsan həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib.

Baş prokurorun Azərbaycana səfəri zamanı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üçüncü nazirlər konfransında iştirakı, həmçinin İƏT üzv ölkələrinin korrupsiyaya qarşı mübarizə xidmətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçirməsi gözlənilir.

Əlaqəli Xəbərlər