Menyu

MBA ulduzu iki ay meydanlardan kənarda qalacaq

Operativ Media
MBA ulduzu iki ay meydanlardan kənarda qalacaq
1 dəq oxu

"Minnesota Timbervulvz” klubunun basketbolçusu Entoni Edvards sağ dizindən artroskopik əməliyyat keçirəcək. 

Operativ Media xəbər verir ki, onun təxminən iki ay müddətinə meydanlardan kənarda qalacağı gözlənilir.

25 yaşlı müdafiəçi oktyabrın 27-nə keçən gecə “Klivlend Kavalers”ə qarşı keçirilən və 125:127 hesabı ilə başa çatan görüşdə 47 xal toplayıb. O, həmin matçda 41 dəqiqə meydanda olub.

Edvards yeni mövsümdə keçirdiyi dörd oyunda orta hesabla 33,3 xal, 4,8 ribaund və 3,5 məhsuldar ötürmə ilə yadda qalıb.

“Timbervulvz” mövsümə üç qələbə və bir məğlubiyyətlə başlayıb. Komanda “Mayami Hit”i 131:106, “Orlando Mecik”i 115:93, “Toronto Reptors”u isə 117:94 hesabı ilə məğlub edib.

Əlaqəli Xəbərlər