Menyu

Oktyabrın son günü hava necə olacaq? - PROQNOZ

Operativ Media
Oktyabrın son günü hava necə olacaq? - PROQNOZ
1 dəq oxu

Oktyabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 17-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

Əlaqəli Xəbərlər