Menyu

İspaniyada sursat zavodunda partlayış olub, 2 nəfər yaralanıb

Nicat Hüseynli
İspaniyada sursat zavodunda partlayış olub, 2 nəfər yaralanıb
1 dəq oxu

İspaniyanın cənubundakı Qranada şəhərində yerləşən “El Fargue” sursat zavodunda baş verən partlayış nəticəsində azı 2 nəfər xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə “Granada Hoy” nəşri məlumat yayıb.

Məlumata görə, hadisə cümə günü qeydə alınıb.

Bildirilib ki, partlayış zavodun utilizasiya sahəsində mərminin partlaması nəticəsində baş verib.

Əlaqəli Xəbərlər