Menyu

Qırğızıstan və Qazaxıstan 2030-cu ilə qədər ikitərəfli ticarəti 3 milyard dollara çatdıracaqlar

Şəfa Hüseynli
Qırğızıstan və Qazaxıstan 2030-cu ilə qədər ikitərəfli ticarəti 3 milyard dollara çatdıracaqlar
1 dəq oxu

Qırğızıstan və Qazaxıstan 2030-cu ilə qədər ikitərəfli ticarət həcmini 3 milyard dollara çatdırmağı planlaşdırıblar.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyev iki ölkə arasında İkinci Regionlararası Əməkdaşlıq Forumunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün ticarətin genişləndirilməsi, nəqliyyat və logistika infrastrukturunun inkişaf etdirilməsi və regionlar arasında birbaşa əlaqələrin gücləndirilməsi tələb olunur.

Birgə layihələr arasında o, "Ak-Tilek — Karasu" sərhəd keçid məntəqələrinin yaxınlığındakı sənaye ticarət və logistika kompleksini, eləcə də Almatı yaxınlığında topdansatış paylama mərkəzini qeyd edib.

Əlaqəli Xəbərlər