Həftənin Xülasəsi - 18:00
Əsəd Abbaslı
1 dəq oxu
26 oktyabr və 1 noyabr tarixləri ərzində baş verən əsas xəbərlər və gündəmin diqqətçəkən hadisələri.
Operativ Media “Həftənin Xülasəsi"ni təqdim edir:
- Elm və Təhsil Nazirliyi: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəssüf doğurur.
- Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib.
- Azərbaycan və Niderlandın xarici işlər nazirləri görüşüb.
- İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib.
- İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib.
- Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib.
- Rəsmi Bakı: Lana Zəki Nusseibehin BMT Baş katibliyinə namizədliyini alqışlayırıq.
- İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib.
- İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib.
- Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
- İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar.
- İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinə müraciət ünvanlayıb.
- Azərbaycanda “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılır.
- İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanlayıb.
- Bir qrup kənd təsərrüfatı işçiləri təltif edilib.
- Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib.
- XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq.
Sorğu