Menyu

ABŞ rəsmisi: İrana qlobal iqtisadiyyatı təhdid etməyə imkan verməyəcəyik

Operativ Media
ABŞ rəsmisi: İrana qlobal iqtisadiyyatı təhdid etməyə imkan verməyəcəyik
1 dəq oxu

ABŞ İrana danışıqlar təklif etsə də, Hörmüz boğazında vəziyyətin normallaşmaması halında başqa addımlar atmağa hazırdır.

Operativ Media xəbər verir ki, bunu ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Donald Blom Bəhreyndə keçirilən “Manama Dialoqu” təhlükəsizlik forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Tehranla danışıqlar kanalları açıqdır və fəaliyyətini davam etdirir.

Blom vurğulayıb ki, Vaşinqton İrana regionu və qlobal iqtisadiyyatı təhdid altında saxlamağa imkan verməyəcək.

Əlaqəli Xəbərlər