Menyu

Çin 2030-cu ilə qədər Aya insanlı missiya planını açıqlayıb

Operativ Media
Çin 2030-cu ilə qədər Aya insanlı missiya planını açıqlayıb
1 dəq oxu

Çin 2030-cu ilə qədər Aya ilk insanlı enişini həyata keçirmək üçün hazırladığı missiya planının təfərrüatlarını açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Bildirilib ki, plan Pekində keçirilən 7-ci İnsanlı Kosmos Simpoziumunda təqdim olunub.

Missiya çərçivəsində iki “Uzun Yürüş-10” raketindən istifadə ediləcək. Onlardan biri “Lanyue” eniş aparatını, digəri isə üç kosmonavt daşıyacaq “Mengzhou” kosmik gəmisini orbitə çıxaracaq.

Ay orbitində birləşəcək aparatların köməyi ilə üç kosmonavtdan ikisi Ay səthinə enəcək, üçüncü şəxs isə orbitdə qalacaq.

Elmi tədqiqatlardan sonra Ay səthinə enən kosmonavtlar yenidən orbitə qalxaraq digər aparatla birləşəcək və heyət birlikdə Yerə qayıdacaq.

Əlaqəli Xəbərlər