Menyu

Gülər Hüseynova Dakar-2026-da Azərbaycanı təmsil edəcək

Operativ Media
Gülər Hüseynova Dakar-2026-da Azərbaycanı təmsil edəcək
1 dəq oxu

Azərbaycan boksçusu Gülər Hüseynova noyabrın 7-də Seneqalda start götürəcək Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək.

Operativ Media xəbər verir ki, idmançımız 51 kq çəki dərəcəsində mübarizə aparacaq. O, baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında yarışa qatılacaq.

Boks yarışlarının mükafatçıları noyabrın 12-də müəyyənləşəcək.

Qeyd edək ki, Gülər Hüseynova noyabrın 5-də Dakar şəhərinə yola düşəcək.

Əlaqəli Xəbərlər