Menyu

AVF prezidenti Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçularla görüşüb

Operativ Media
AVF prezidenti Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçularla görüşüb
1 dəq oxu
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Ağsu şəhər 4 nömrəli tam orta məktəbin idman zalında yeniyetmə voleybolçularla görüşüb.
Bu barədə Operativ Media-ya AVF-in mətbuat xidmətindən bildirilib.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, digər rəsmi şəxslər, Oğuz RVK-nı təmsil edən idmançılar və onların valideynləri iştirak ediblər.
Şahin Bağırov idmançılarla söhbət zamanı onlara tövsiyələrini verib, valideynlərlə fikir mübadiləsi aparıb. 
Daha sonra qonaqlar yeniyetmə voleybolçuların məşq prosesini izləyiblər.
Sonda xatirə fotosu çəkdirilib.

Əlaqəli Xəbərlər