Menyu

Zelenski Əbu-Dabi danışıqlarını ABŞ nümayəndələri ilə müzakirə edib

Operativ Media
Zelenski Əbu-Dabi danışıqlarını ABŞ nümayəndələri ilə müzakirə edib
1 dəq oxu

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşnerlə telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, bu barədə “TSN” telekanalı məlumat yayıb.

Tərəflər noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlara hazırlıq məsələlərini müzakirə ediblər.

Söhbət zamanı, həmçinin Brüsseldə keçirilən Ukrayna, ABŞ və Avropa nümayəndələrinin texniki qrupları arasındakı məsləhətləşmələr barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Stiv Uitkoffla görüşündə Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqların bərpasına Moskvanın hazır olduğunu bildirib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, görüşlər noyabrın 10-da başlayan həftədə Əbu-Dabidə keçirilə bilər.

Əlaqəli Xəbərlər