Menyu

Yaponiya kiberhücumlarla mübarizə üçün xüsusi qrup yaradır

Operativ Media
Yaponiya kiberhücumlarla mübarizə üçün xüsusi qrup yaradır
1 dəq oxu

Yaponiya hökuməti son həftələrdə artan kiberhücumlara qarşı mübarizəni gücləndirmək məqsədilə xüsusi işçi qrupu yaratmağı planlaşdırır. Hücumlar nəticəsində özəl şirkətlərdə saxlanılan on milyonlarla istifadəçinin məlumatlarının sızdığı qeydə alınıb.

Operativ Media  Kyodo agentliyinə istinadən xəbər verir ki, yeni yaradılacaq qrupa həm dövlət, həm də özəl sektorun nümayəndələri daxil ediləcək.

NHK telekanalının bildirdiyinə görə, kiberhücumlara qarşı mübarizə tədbirləri çərçivəsində şirkətlərdən istifadəçilərin artıq ehtiyac duyulmayan şəxsi məlumatlarını, o cümlədən şəxsiyyətin təsdiqi üçün istifadə edilən görüntüləri silmək tələb olunacaq.

Son dövrlərdə Yaponiyada müxtəlif şirkət və qurumların sistemlərinin naməlum hakerlər tərəfindən ələ keçirilməsi, nəticədə on milyonlarla şəxsin məlumatlarının sızması ilə bağlı xəbərlər yayılır.

Oktyabrın 26-da hökumət kibertəhlükəsizlik məsələlərinə həsr olunmuş xüsusi iclas keçirib. İclasın yekununda Baş nazir Sanae Takaiçi təcili tədbirlərin görülməsini tələb edib və təhlükələrin “zərərsizləşdirilməsi” istiqamətində addımların atılmasını da istisna etməyib.

Bu ifadə ilə konkret hansı tədbirlərin nəzərdə tutulduğu açıqlanmayıb. Bununla belə, daha əvvəl haker hücumuna məruz qalan Yaponiyanın GMO şirkəti hökuməti aktiv kibertəhlükəsizlik tədbirləri görməyə çağırıb.

Yerli KİV-lərin məlumatına görə, bu tədbirlər hakerlərin istifadə etdiyi serverlərin müəyyənləşdirilməsini, həmin sistemlərə müdaxiləni və onların sonradan zərərsizləşdirilməsini əhatə edə bilər.

Əlaqəli Xəbərlər