Menyu

Azərbaycanın Zəfər Günü Tailandda qeyd olunub

Operativ Media
Azərbaycanın Zəfər Günü Tailandda qeyd olunub
1 dəq oxu

Azərbaycanın Tailanddakı səfirliyi Banqkok şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib.

Operativ Media xəbər verir ki, qəbulda Tailand Krallığının dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, Tailandda yerləşən beynəlxalq təşkilatların təmsilçiləri, bu ölkənin ictimai, işgüzar və media dairələrinin nümayəndələri, Tailandda akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları və əməkdaşları, habelə Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

İki ölkənin Dövlət himnləri səsləndikdən sonra çıxış edən səfir Elçin Bəşirov 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış şanlı Zəfərin tarixi əhəmiyyətindən bəhs edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi, hərbçilərimizin qanı və canı bahasına əldə edilən bu Zəfər nəticəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalına son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa olunaraq beynəlxalq hüquq və ədalətin təntənəsi təmin edilib.

Səfir, həmçinin sülh gündəliyi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan minatəmizləmə fəaliyyəti, genişmiqyaslı tikinti-quruculuq işləri və keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmaları barədə də məlumat verib.

Qəbulda Zəfər Günü ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib. Tədbir ziyafətlə davam edib.

Fotogalereya

Əlaqəli Xəbərlər