Ərdoğan Türkiyə-Azərbaycan birliyinə qarşı cəhdlərdən danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana qarşı yeni hücumların başlanmasını istəmədiklərini və Türkiyə-Azərbaycan birliyinə xələl gətirməyə yönələn cəhdlərə qarşı diqqətli olmağın vacibliyini vurğulayıb.
Operativ Media xəbər verir ki, Ərdoğan bu fikirləri çıxışı zamanı səsləndirib.
Türkiyə Prezidenti bildirib ki, regionda vəziyyətin daha da qeyri-sabitləşməsinə səbəb olacaq yeni hücum dalğasının başlanmasını arzulamırlar.
O, həmçinin Türkiyə və Azərbaycanın birliyini poza bilməyən qüvvələrin iki ölkə arasında həmrəyliyə xələl gətirməyə çalışa biləcəyini qeyd edib.
Ərdoğan bu cür cəhdlərə qarşı ayıq-sayıq olmağın və diqqətli davranmağın vacibliyini vurğulayıb.
O, Türkiyə ilə Azərbaycan arasında məsafə yaratmağa çalışanların iki xalqın bir-birinə olan sevgisini, tarixi bağlarını və sarsılmaz iradəsini nəzərə almadıqlarını bildirib.